Burada sizin reklamınız ola bilər

Salfetin içində narkotik satılması iddiasını yayan şəxs saxlanıldı
10 Fevral 2022 , 11:46

Salfetin içində narkotik satılması iddiasını yayan şəxs saxlanıldı


Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı iddialar yayılmışdı. 

 

DİN-in Mətbuat Xidmətindən Primetime.az- a bildirilib ki, həmin məlumatları yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb. 

 

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, DİN məsələni araşdırdıqdan sonra salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması barədə açıqlama yaymışdı. 

SİZƏ MARAQLI OLA BİLƏR