Burada sizin reklamınız ola bilər

Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu
11 Fevral 2022 , 10:00

Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO


Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

 

Primetime.az-ın məlumatına görə, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

 

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

 

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb. 

 

Araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır. 

 

Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

 


SİZƏ MARAQLI OLA BİLƏR