Burada sizin reklamınız ola bilər

Məktəbdə 4 uşaq anası qətlə yetirildi
11 Fevral 2022 , 13:09

Məktəbdə 4 uşaq anası qətlə yetirildi


İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb.

 

Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.

 

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var.

 

Qətli törədən Bəxtiyar Əhmədli hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

SİZƏ MARAQLI OLA BİLƏR