Burada sizin reklamınız ola bilər

Ölkəmizdə qanunsuz ovçuluğu açıqcasına təşviq edən internet saytı var imiş...
11 Fevral 2022 , 13:27

Ölkəmizdə qanunsuz ovçuluğu açıqcasına təşviq edən internet saytı var imiş...


Azərbaycanda xarici vətəndaşların qanunsuz ov etməsi mövzusu tez-tez cəmiyyətimizdə geniş mənfi rezonansa səbəb olur. Buna baxmayaraq, Azərbaycanda ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus http://www.falconry.az/ internet saytı mövcuddur.



İngilis və ərəb dillərdində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunun təşkil etdiyi və əsasən ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir.


Ən marağlısı odur ki, bu saytda Azərbaycanın Qırmızı Kitabına daxil olan bəzgəkin (ingiliscə “little bustard”) ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır.



Bununla yanaşı, qurumun adına rəğmən, şahin ovu ilə yanaşı xarici qonaqlara digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada odlu pul verib silah götürüb istədikləri şəkildə istədikləri növləri ovlayırlar.



Saytda yer alan fotolara ornitoloq və digər peşəkar həmkarlarımız da nəzər saldı. Bəzgəklə yanaşı saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar Qırmızı Kitaba daxil olmasa da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur.



Məsələ artıq ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.



Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəliliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən falconry.az saytının bağlanmasını tələb edirik.
 

SİZƏ MARAQLI OLA BİLƏR