Burada sizin reklamınız ola bilər

3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü tutuldu
12 Fevral 2022 , 11:21

3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü tutuldu


Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

 

Primetime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.

 

Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.

 

Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.

 

İstintaq davam etdirilir.

SİZƏ MARAQLI OLA BİLƏR