Burada sizin reklamınız ola bilər

Bakı-Qazax yolunda “Ford” aşdı
23 Fevral 2022 , 16:29

Bakı-Qazax yolunda “Ford” aşdı - FOTO


Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, hadisə yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Volkswagen" markalı maşın öndə gedən “Ford” markalı avtomobilə dəyib. Kəskin tormozlama nəticəsində “Ford” idarəetməni itirərək aşıb.

 

Baş Dövlət Yol Polisindən bildirilib ki, hadisə zamanı 1 nəfər xəsarət alıb və stasionar müalicəyə cəlb olunub. Digər sərnişinlər isə yüngül xəsarətlər aldıqları üçün ambulator müayinə aldıqdan sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

SİZƏ MARAQLI OLA BİLƏR