Burada sizin reklamınız ola bilər

Azərbaycan melodramı “Olimpia” ekrana çıxır
19 Mart 2022 , 18:10

Azərbaycan melodramı “Olimpia” ekrana çıxır


Martın 18-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan "Olimpia” filminin nümayişi başlayır.

 

Primetime.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan” studiyasının istehsal etdiyi ekran işi melodram janrındadır.

 

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifi Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

 

Baş rolu Xalq artisti Qurban İsmayılov ifa edir. Filmdə Kəmalə İsrafilova, Vidadi Həsənov, Günel Məmmədova, Azər Aydəmir və digər aktyorlar da rol alıb. Süjet xəttinə gəlincə, film keçmiş idmançı, olimpia mükafatçısı İlqar Süleymanovun həyatından bəhs edir. 

 

 

Onun fərqli həyat hekayəsi 1980-ci ildə Moskvada başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. 

 

SİZƏ MARAQLI OLA BİLƏR