Burada sizin reklamınız ola bilər

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi
31 Mart 2022 , 15:22

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi


Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

 

Primetime.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov tviterdə bildirib.

 

“Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün mədəniyyət paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm”, - nazir yazıb.

SİZƏ MARAQLI OLA BİLƏR