Burada sizin reklamınız ola bilər

Bakıda özünü binadan atan qız öldü
05 Aprel 2022 , 12:14

Bakıda özünü binadan atan qız öldü - FOTO


Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.

 

Primetime.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 

Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.

 

Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

SİZƏ MARAQLI OLA BİLƏR