Burada sizin reklamınız ola bilər

“CinemaPlus”da qorxulu Morbius
05 Aprel 2022 , 12:43

“CinemaPlus”da qorxulu Morbius - FOTOLAR


“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Morbius” filminin təqdimatı keçirilib.

 

Primetime.az xəbər verir ki, “Morbius”, “Columbia Pictures” tərəfindən “Marvel” ilə birlikdə istehsal olunub. Vampir Morbius personajının yer aldığı “Marvel Comics” əsasında 2022-ci ildə hazırlanmış  Amerika “superqəhrəman” filmidir. “Sony Pictures Releasing” tərəfindən hazırlanan film “Sony”nin “Hörümçək Adam” Kainatında üçüncü filmdir.

 

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədovun oynadığı Morbius obrazının qeyri-adi görünüşü qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto çəkdirdilər.

 

 

 

 

Qeyd etmək istəyirik ki, “Morbius” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR