Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.
Primetime.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Qazax rayon Daşsalahlı kənd sakini 10 yaşlı İsrail Mehdiyev müalicə aldığı Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasında dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, azyaşlı 2 gün əvvəl aqonal (canvermə) vəziyyətdə tibb müəssisəsinə gətirilib. Tibbi yardımlara baxmayaraq, 10 yaşlı uşaq bu gün səhər saatlarında vəfat edib.
Faktla bağlı araşdırma aparılır. Uşağın ölüm səbəbi hələ ki, açıqlanmır.