Burada sizin reklamınız ola bilər

CinemaPlus-da “Sonik” şou-proqramı
12 Aprel 2022 , 13:58

CinemaPlus-da “Sonik” şou-proqramı


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında uşaqlar üçün “Sonik 2 kinoda” filminə həsr olunmuş şou proqram keçirilib.

 

Primetime.az xəbər verir ki, tamaşanın mərkəzində hər tərəfdən uşaqlarla əhatə olunmuş böyük Sonik personajı olub.Onlar onunla rəqs edib, şəkil çəkdiriblər. Nail Nəzərovun komandası balaca qonaqlara şarlardan fiqurlar hədiyyə edib, rəssam isə onların
üzlərinə müxtəlif şəkillər çəkib.


Uşaqlar müsbət emosiyalar alıb və daha sonra “Sonik 2 kinoda” filminə baxmağa gediblər.


“CinemaPlus” hər zaman öz tamaşaçılarını parlaq və əvəzolunmaz tədbirlərlə sevindirməyə və uşaqlar üçün əsl bayram təşkil etməyə hazırdır!

SİZƏ MARAQLI OLA BİLƏR