Burada sizin reklamınız ola bilər

Səhnədə qonaqları kəmərlə vurduğu deyilən Arif İbrahimov həbs olunub
18 Aprel 2022 , 11:15

Səhnədə qonaqları kəmərlə vurduğu deyilən Arif İbrahimov həbs olunub


Ötən gün bloqer Hüseyn Həsənovla görüşə gələn şəxsləri kəmərlə vurduğu deyilən şəxs həbs olunub.

 

DİN-in Mətbuat Xidməti ötən gün Bakıda ticarət mərkəzindəki izdihamla bağlı bildirilib ki, Bakıda iri ticarət mərkəzlərinin birində yaranmış izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR” kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı məkana daxil olmalarına icazə verilmişdir. Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxartmışlar. Məlumat üçün onu da qeyd edək ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.

 

Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin  kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.

SİZƏ MARAQLI OLA BİLƏR