Burada sizin reklamınız ola bilər

CinemaPlus-da “Maço kimi” komediyasının mətbuat üçün nümayişi olub
21 Aprel 2022 , 16:22

CinemaPlus-da “Maço kimi” komediyasının mətbuat üçün nümayişi olub - FOTOLAR


"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında Qazaxıstan istehsalı olunan "Maço kimi" romantik komediya filminin premyeradan öncə mətbuat nümayişi keçirilib.

 

Primetime.az xəbər verir ki, jurnalistlər gərgin iş günündən sonra pozitiv emosiyalar alıblar. Filmin rejissorluğunu Bakıcan Ciyenallının üstələndiyi ekran işində baş rollarda Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov çəkilib.

 

Filmin mövzusuna gəlincə, stomatoloq Dəmir çoxdan gözlədiyi ABŞ-ın nüfuzlu tibb mərkəzindən iş təklifi alır. Ancaq anası onu seçim qarşısında qoyur - ya ailə qurub gələcək həyat yoldaşı ilə Amerikaya gedəcək, ya da ölkədə qalır. Dəmir pasiyentindən öyrənir ki, müəyyən bir tanışlıq agentliyi var və orada pikap məşqçisi Ardak ona kömək etməyə hazırdır. O, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Dəmirin cəmi 2 ay vaxtı var.

 

Qeyd edək ki, "Maço kimi" filmi yalnız "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur

SİZƏ MARAQLI OLA BİLƏR