Burada sizin reklamınız ola bilər

Muzeylərin fondunu sən yarat!
22 Aprel 2022 , 12:06

Muzeylərin fondunu sən yarat!


Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır.

 

Qurumdan  verilən məlumata görə, Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər.

 

Bununla bağlı 22 aprel 2022-ci il tarixindən başlayaraq aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur.

 

Əlaqələndirici şəxs: Sədi Mirseyibli (tel: 012-498-83-51, 050-480-40-33).

SİZƏ MARAQLI OLA BİLƏR