Burada sizin reklamınız ola bilər

Saakaşvili əlil ola bilər
26 Aprel 2022 , 15:59

Saakaşvili əlil ola bilər


Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o dərəcədə ciddidir ki, bu, onun əlil olmasına, hətta ölümcül nəticələrə gətirib çıxara bilər. 

 

Primetime.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze deyib. Onun sözlərinə görə, Saakaşvilinin tezliklə hər hansı xarici ölkədə müalicə almasına ehtiyac var.

 

Qeyd edək ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Saakaşvilinin səhhətinin qəfil pisləşməsi barədə müxalifət nümayəndələrinin yaydığı məlumatları təkzib edib. Xidmət bildirib ki, gürcü siyasətçi daim intensiv tibbi müşahidə altındadır və bütün tibbi xidmətlərlə təmin olunub.

 

Xatırladaq ki, ötən həftə məhkəmə prosesi zamanı Saakaşvili qeyd edib ki, özündə zəiflik hiss edir, qida qəbul edə bilmir və son bir neçə gün ərzində 12 kiloqram arıqlayıb. Məhkəmə prosesinin başlamasından 5 dəqiqə sonra Saakaşvili öz çıxışını yarıda kəsib və həkim yardımı tələb edib.

SİZƏ MARAQLI OLA BİLƏR