Burada sizin reklamınız ola bilər

“Time” may buraxılışını Zelenskiyə həsr etdi
28 Aprel 2022 , 17:44

“Time” may buraxılışını Zelenskiyə həsr etdi - FOTO


Amerikanın “Time” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskiyə həsr olunan may buraxılışının anonsunu verib.

 

Primetime.az Ukrayna mediasına istinadən xəbər verir ki, jurnalda jurnalist Saymon Şusterin Zelenski barədə məqaləsi də yer alıb. Bildirilir ki, sözügedən jurnalist aprel ayında iki həftəni Ukraynada keçirib və Zelenskinin və onun əhatəsindəki insanların fəaliyyətini yaxından izləyib.

 

Qeyd edək ki, Zelenskinin fotosunun “Time” jurnalının üz qabığında çap olunması ilk dəfə deyil. Belə ki, Zelenskinin fotosunu 2019-cu ilin dekabrında da məşhur jurnalın üz qabığında görmək mümkün olmuşdu. Bu zaman da onun barəsində məqaləni Saymon Şuster yazmışdı.

 

SİZƏ MARAQLI OLA BİLƏR