Burada sizin reklamınız ola bilər

İntensiv yağış, dolu yağacaq
05 May 2022 , 15:56

İntensiv yağış, dolu yağacaq


Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

SİZƏ MARAQLI OLA BİLƏR