Burada sizin reklamınız ola bilər

İlham Əliyev Türkiyədə açılışa qatılacaq
06 May 2022 , 11:34

İlham Əliyev Türkiyədə açılışa qatılacaq


Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək.

 

Primetime.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfər mayın 14-nə planlaşdırılıb. Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin hava limanının açılışında iştirak edəcəyi bildirilib.

 

Məlumata görə, hava limanına ilk enişi R.T.Ərdoğan və İlham Əliyevin təyyarələri edəcək. Daha sonra Rizə-Artvin aeroportunun rəsmi açılış mərasimi keçiriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR