Burada sizin reklamınız ola bilər

Rusiya Rövşən Əsgərovu axtarışa verdi
11 May 2022 , 13:14

Rusiya Rövşən Əsgərovu axtarışa verdi


Rusiyada azərbaycanlı jurnalist və "Что? Где? Когда?" televiziya şousunun iştirakçısı Rövşən Əsgərov axtarışa verilib.

 

Primetime.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb. Məlumatda qeyd olunub ki, R.Əsgərov Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib. Onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

 

Qeyd edək ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi açılıb. O, feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur.

 

Rusiya Federasiyası İstintaq Komitəsi müəyyən edib ki, o, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar paylaşıb.

SİZƏ MARAQLI OLA BİLƏR