Burada sizin reklamınız ola bilər


11 May 2022 , 15:38

"Avroviziya 2022"də finala çıxan ölkələrin - SİYAHISI


İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

 

Primetime.az xəbər verir ki, yarışmada Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.

 

Finala isə 10 ölkə -  İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.

 

SİZƏ MARAQLI OLA BİLƏR