Burada sizin reklamınız ola bilər

Samirə niyə Nadirə dəstək olmadı?
12 May 2022 , 15:43

Samirə niyə Nadirə dəstək olmadı?


"Avroviziya 2021" təmsilçimiz Samirə Əfəndi bu ilki yarışma iştirakçısına dəstək olmaması ilə bağlı ona ünvanlanan tənqidlərə cavab verib.

 

Primetime.az-ın məlumatına görə, bu barədə ifaçı paylaşım edərək müsabiqəyə Norveç təmsilçiləri tərəfindən dəvət aldığını açıqlayıb:

 

"Dünəndən bəri saysız mesajlar alıram ki, bu ilki iştirakçıya niyə dəstək olmuram. Birincisi bu il "Avroviziya"ya dəvəti Norveç tərəfindən almışam və öz komandalarına dəstək kimi məni buraya dəvət ediblər. İkincisi məni bizim böyüklərimiz dəstəkləmişdi. Başqa Aygün Kazımova, Demet Akalın, Tünzalə Ağayeva, Röya Ayxan, Zülfiyyə Xanbabayeva məni dəskləmişdi. Bilmirəm bu ilki iştirakçıya dəstək olacaqlar, ya yox. Götürüb onlara yazım, mənə yox.

 

Mənə bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur. Sizcə nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib digər ölkəni dəstəkləyim? Məncə bu doğru deyil. Mənə yazmağa ehtiyac yoxdur. Öz işimi, nə etdiyimi gözəl bilirəm. Çox sağolsun Norveç komandası mənə dəstək olub, dəvət edib, mən də dəstəyimi onlardan əsirgəmirəm".

 

Qeyd edək ki, bu il müsabiqədə Azərbaycanı “Fade to back” mahnısı ilə Nadir Rüstəmli təmsil edir. O, bu gün ikinci yarımfinalda səhnəyə çıxacaq.

 

SİZƏ MARAQLI OLA BİLƏR