Burada sizin reklamınız ola bilər

Nadir bu gün səhnəyə çıxacaq
12 May 2022 , 16:52

Nadir bu gün səhnəyə çıxacaq - İkinci yarımfinal


Bu gün İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

 

Primetime.az-ın məlumatına görə, ikinci yarımfinalda Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə çıxacaq. O, 4 nömrə altında mahnısını səsləndirəcək. 

 

Azərbaycanla yanaşı bu gün Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyadan olan təmsilçilər də çıxış edəcəklər.

 

Qeyd edək ki, müsabiqənin finalı mayın 14-də olacaq.

 

SİZƏ MARAQLI OLA BİLƏR