Burada sizin reklamınız ola bilər

Nazilədən toya gəlməyənlərə mesaj -
13 May 2022 , 13:35

Nazilədən toya gəlməyənlərə mesaj - "Həmin borcu qaytarmalı idiniz"


Şair Nazilə Səfərli oğlu Nurlanın toyuna gəlməyənlərə səslənib.

 

Primetime.az xəbər verir ki, o, bu barədə “Tam Vaxtıdır” verilişində qonaq olarkən danışıb.

 

“Sənət aləmindən heç kəs deyə bilməz ki, onların övladının toyunda pul almışam. Dostlarımın toyunda vağzalıya kimi otururam. Düşünmüşəm ki, birdən nəsə lazım ola bilər. Aptekə belə getmək lazım olar, mən oradayam. Bəzilərindən fərqli olaraq, özümü ulduz kimi aparmıram. Oğlumun toyuna kim ki, gəlmədi onlarla üzbəüz danışacağam. Heç kim, heç kimə borclu deyil. Mənə qapınızda oynadığım borcu qaytarmalı idiniz”,-  deyə Nazilə bildirib.


SİZƏ MARAQLI OLA BİLƏR