Burada sizin reklamınız ola bilər

Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş
16 May 2022 , 17:21

Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş


“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 12 xalla bağlı yaşanan qalmaqal böyüyür. 

 

Primetime.az xəbər verir ki, bu dəfə Rumıniya müsabiqəyə öz etirazını bildirib. Ölkənin ictimai yayımçısı TVRin məsələ ilə bağlı yaydığı açıqlamasında bildirilib ki, Rumıniya münsiflər heyəti Moldovanı təmsil edən mahnıya maksimum xal (12) verib. Lakin müsabiqə təşkilatçıları xalın Ukraynaya verildiyini açıqlayıb:

 

"Rumıniya yayımçısı mill münsiflər heyətinin səslərinin nəzərə alınmamasına və təşkilatçıların ölkə adından finalçılara fərqli xallar təyin etməsinə təəccüblənib. Biz tərəfdən maksimum xal Moldova təmsilçilərinə verdiyi halda, canlı yayımda Ukraynanın bu xalı aldığı səsləndirilib".

 

Qeyd edək ki, səsvermə ilə bağlı daha əvvəl Azərbaycan və Gürcüstan bəyanat yayıb.

SİZƏ MARAQLI OLA BİLƏR