Burada sizin reklamınız ola bilər

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu
19 May 2022 , 16:31

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu


Rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.

 

Primetime.az xəbər verir ki, buna səbəb onun ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməsi olub. Belə ki, paytaxt sakini bunla bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməklə yanaşı, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədib. 

 

Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən konsert proqramının təşkilatçısı onlar deyil:

 

"Lyubov Uspenskaya nazirliyin xətti ilə ölkəmizə gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil".

 

Konqres Mərkəzindən isə bu barədə onlarda məlumatın olmadığı bildirilib. Konsertə bilet satışını həyata keçirən “iTicket.az”da elan silinib.

SİZƏ MARAQLI OLA BİLƏR