Burada sizin reklamınız ola bilər

Rəşad Sadıqovdan “Qarabağ”ın futbolçusuna maraqlı cavab
23 May 2022 , 10:15

Rəşad Sadıqovdan “Qarabağ”ın futbolçusuna maraqlı cavab - FOTO


“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Abdulla Zubirin onu bürünc medal qazanması münasibətilə təbrikinə maraqlı cavab verib.

 

Primetime.az xəbər verir ki, fransalı vinger Sadıqovu baş məşqçi kimi ilk medalı qazanması münasibətilə təbrik edib. O, instaqramda “sən bunu haqq etdin, mənim qardaşım. Sənin adına sevinirəm” deyə gənc çalışdırıcıya mesaj yazıb. 

 

Rəşad Sadıqov Zubirin təbrikinə “təşəkkür edirəm. Ümid edirəm ki, sən məni mayın 27-dəki kubok oyununun finalından sonra da təbrik edərsən”. 

 

Qeyd edək ki, mayın 27-də Azərbaycan kubokunun finalında məhz “Zirə” “Qarabağ”la üz-üzə gələcək. 

 

SİZƏ MARAQLI OLA BİLƏR