Burada sizin reklamınız ola bilər

İki günlük Gəncə konsertində yaşananlar!
23 May 2022 , 13:53

İki günlük Gəncə konsertində yaşananlar!


Xalq artisti Röya Ayxan Gəncədə iki gün ard-arda solo konsert verib. Müğənni 21-22 may tarixində Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxıb.

 

Primetime.az xəbər verir ki, sənətçi 80 dəqiqəlik musiqili gecədə 20-ə yaxın mahnısını canlı səsləndirib.  11 ildən sonra Gəncədə konsert verən müğənni repertuarına keçmiş və yeni mahnıları daxil edilib. 

 

 

Röyanı səhnədə 10 nəfər musiqiçi və iki solistdən ibarət Coşqun Qadaşovun rəhbərlik etdiyi orkestr müşayiət edib. Tədbirə böyük texniki heyət cəld edilib və müasir işıqlandırma sistemi qurlaşdırılıb. 

 

 

R. Ayxan konsertin ikinci günündən əvvəl Gəncədə N saylı hərbi hissəyə gedib. Estrada ifaçısı 3 minə yaxın əsgər qarşısına çıxaraq mahnılarını səsləndirib, onlarla söhbət edib, xatirə fotosu çəkdirib. 

 

1 saatlıq səhnəsindən sonra Röya Ayxan Gəncə Dövlət Filarmoniyasına yola düşərək sözügedən məkanda ikinci çıxışını edib.  

 

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR