Aparıcı Lalə Azərtaşın “Təsir dairəsi” verilişində işlətdiyi sözlər müzakirələrə səbəb olub.
Primetime.az xəbər verir ki, aparıcının proqramda boşananlar barədə səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.
O, “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”, - deyə söyləyib.
Sosial şəbəkə istifadəçilərinin bəziləri onun sözlərinə haqq qazandırsa da, bəziləri tənqid edib.