Burada sizin reklamınız ola bilər

Mətanət İsgəndərli barışdığı keçmiş gəlini ilə bir arada
25 May 2022 , 12:24

Mətanət İsgəndərli barışdığı keçmiş gəlini ilə bir arada - VİDEO


Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə barışdıqdan sonra ilk dəfə bir araya gəlib.

 

Primetime.az xəbər verir ki, tədbirlərin birində çıxış edən sənətçinin görüntülərini Canana instaqram hesabında paylaşıb.

 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı. Canana ötən ay M.İsgəndərlidən üzr istədiyini və barışdıqlarını söyləmiş, sənətçi isə bu yaxınlarda onun sözlərini təsdiqləmişdi.

 


SİZƏ MARAQLI OLA BİLƏR