Burada sizin reklamınız ola bilər

Danışmamaq üçün buna əl atdı
25 May 2022 , 15:17

Danışmamaq üçün buna əl atdı - VİDEO


Türkiyəli şoumen Mehmet Ali Erbil jurnalistlərin suallarını cavablandırmamaq üçün maraqlı addım atıb.

 

Primetime.az xəbər verir ki, bunu əks etdirən kadrları “2. Sayfa” verilişi yayımlayıb. Məkanların birindən çıxan şoumen ağzı skoçlu halda görüntülənib və ona ünvanlanan çoxsaylı sualları cavabsız qoyub. 

 

Mehmet Ali Erbilin yanında olan dostu isə “danışması qadağandır, çünki hər danışdığı olay olur. Bundan sonra danışmaması daha yaxşıdır”, - deyə jurnalistlərə cavab verib.

 

Qeyd edək ki, bir müddət əvvəl Mehmet Ali Erbilin mükafatlandırma mərasimlərinin birində gecənin aparıcısı Melike Öcalana dediyi gözlənilməz sözlərlə gündəmə gəlmişdi.

 

SİZƏ MARAQLI OLA BİLƏR