Ötən gün türkiyəli müğənni Gülşenin Bakı konserti baş tutub.
Primetime.az xəbər verir ki, Bakı Konqres Mərkəzində səhnə alan sənətçi ard-arda öz hit mahnılarını səsləndirib. Mütəmadi olaraq tamaşaçıları ilə ünsiyyət quran Gülşən onlardan yerlərindən rəqsləri ilə onu müşayət etməsini istəyib. Konsert zamanı səsdə yaranan texniki səbəblər tez bir zamanda aradan qaldırılıb.
Gecənin aparıcılığı Vüsalə Əlizadə edib.