Burada sizin reklamınız ola bilər

“Borjomi”nin işçiləri tətil elan edib
31 May 2022 , 11:50

“Borjomi”nin işçiləri tətil elan edib


Gürcüstanın “Borjomi” şirkətinin təqribən 800 əməkdaşı müddətsiz tətil elan edib.

 

Primetime.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sözügedən əməkdaşlar şirkətin iki zavodunun işçiləridir. Onlar iş şəraitlərinin yaxşılaşdırılması və maaşlarının artırılmasını tələb edirlər.

 

Xatırladaq ki, “Borjomi” şirkəti aprelin sonu maliyyə problemləri səbəbindən müvəqqəti olaraq istehsalı dayandırdığını açıqlayıb. Şirkətin əməkdaşlarına isə yeni şərtlər təklif olunub. Bununla belə, şirkət 49 əməkdaşını işdən azad edib.

SİZƏ MARAQLI OLA BİLƏR