Burada sizin reklamınız ola bilər


02 İyun 2022 , 14:03

"İstəsəm Röya Ayxana 20 min verib doğum günümə çağıraram" - Şəbnəm Tovuzlu


“Heç zaman arzum olmayıb ki, doğum günümə Aygün Kazımovanı və ya Röya Ayxanı çağırım”. 



Primetime.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. Aparıcı Zaur Kamalın “Aygün Kazımovanı və Röya Ayxanı arzu etsən, gələcəklər ki?” sualına Şəbnəm belə cavab verib. 



“İstəsəm, xahiş etsəm, gələrlər. Sənət dostu kimi onları qonaq çağırmanın başqa yolu da var. Münasib giymətə çağırsam, gəlib çıxış edərlər məclisimdə. Röya xanımı çox istəyirəm. Gəlmək üçün ona 20 min manat da verərəm”. 



Daha sonra Şəbnəm Tovuzlu verilişdə ən böyük arzusunu dilə gətirib: 



“Qızımın toyunda Türkiyənin məşhur ulduzu Sibel Can ansamblı ilə çıxış etsin”. 



Z.Kamalın “Sibel Can toya 90 min avroya gəlir” sözlərinə Ş.Tovuzlu “Yox, 60 min manat” deyərək, fikirlərini belə davam edib. Sibel Canı uşaqlığımdan sevirəm. Lazım olsa, 100 min də verərəm, təki gəlib qızımın toyunda çıxış etsin”. 

 

SİZƏ MARAQLI OLA BİLƏR