Burada sizin reklamınız ola bilər

Məktəbəqədər təhsil müəssisələrinə qəbul bu tarixdə başlayacaq
06 İyun 2022 , 12:42

Məktəbəqədər təhsil müəssisələrinə qəbul bu tarixdə başlayacaq


Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək.

 

Primetime.az xəbər verir ki, prosesə iyul ayında start veriləcək.

 

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

 

İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb.

 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

SİZƏ MARAQLI OLA BİLƏR