Burada sizin reklamınız ola bilər

Damlanın Naxçıvan konserti zamanı çətin anları
06 İyun 2022 , 15:53

Damlanın Naxçıvan konserti zamanı çətin anları - VİDEO


Müğənni Damla Naxçıvanda konsert zamanı çətin anlar yaşayıb.  

Primetime.az xəbər verir ki, "Saat Meydanı"nda canlı solo konsert proqramı ilə çıxış edən ifaçı onu seyr etməyə gələn minlərlə tamaşaçısını yaxından görüb, ünsiyyət qurmaq üçün səhnədən onların yanına düşüb. İrandan gələn qız fanatlarının biri Damlanın əlindən öpüb, digəri isə hönkür-hönkür ağlayaraq müğənninin əlini sıxıb. Sənətçi isə pərəştişkarının göz yaşlarını silərək, başına tumar çəkib.  


Sənətçi konsertini yekunlaşdırdıqdan sonra kulisə gedib. Bu anda isə fanatlar Damla ilə şəkil çəkdirmək üçün qışqıraraq, üzərinə hücüm çəkib.  



Polisin zamanında müdaxiləsi müğənnini yaşayacağı çətin anlardan xilas etmiş olub.

 

SİZƏ MARAQLI OLA BİLƏR