İfaçı-bəstəkar Murad Arif açıq hava konserti verib.
Primetime.az xəbər verir ki, sənətçi Heydər Əliyev Mərkəzinin parkında səhnəyə çıxıb. Ötən gecə baş tutan konsertdə onlarla insan iştirak edib.
"Xoşbəxtəm! Çox xoşbəxtəm! Yüzlərlə, minlərlə insan, o izdiham, telefonlarınızdakı işıqlar, bu qədər insanın mənlə bərabər oxuması, sizin səsləriniz, təbəssümünüz, alqışlarınız, sevginiz. Mən bilmirəm, sona qədər anlamıram, bu sevgini necə qazandım, nəylə layiq oldum?! Var olun", - deyə, Murad sosial media hesabında konserti barədə yazıb.