Burada sizin reklamınız ola bilər

“Deyir, dayın qızını almasan, səni övladlıqdan çıxaracam”
08 İyun 2022 , 12:10

“Deyir, dayın qızını almasan, səni övladlıqdan çıxaracam”


Aktyor Fərda Xudaverdiyev “YouTube”da yayımlanan “Çimnazla yataqda” verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, sənətçi “Kədərini insanlarla paylaşırsan” sualına belə cavab verib:

 

“Son zamanlar nə xoşbəxtliyimi, nə də kədərimi paylaşmaq istəmirəm. İnsan böyüdükcə, mütaliə etdikcə, daha dərindən anladıqca, heç nəyi paylaşmır. İnsanlarda sevgisizliyi hiss edirsiz yəqin ki... Adi tıxaclardakı aqressiyanı hiss edirsiz? Bu, bilirsiz nəyin aqresiyyasıdır? Filankəs mənə yol vermədi, o icazə vermir, bu icazə vermir, sən də mənə yol vermirsən?! Nə qədər mehribanlıq, sevgi olsa, bir o qədər yaxşı olar. Hər kəsə verilən ömrün ikinci seriyası yoxdur ki, gələn dəfə səhvi düzəldəsən.

 

Valideynlər deyir ki, mütləq xalan qızını almalısan, dayın qızını almasan səni övladlıqdan çıxaracam. Elə həyat olar? Bunu sən istəyirsən, mən istəmirəm axı. Atalar, analar, etməyin belə! Bir müddət sonra oğlunu evləndirir ki, kişi olsun, ailəsi-uşağı olsun, sonra baxırsan ki, bunlar nəvə oynatmaq üçün məni evləndiriblər. Təzə nəvə olsun, bunlar oynatsın. Yenə də müdaxilə, idarəçilik, bəlli bir yaşdan sonra özünə imkan vermirlər ki, adam məsuliyyət hiss etsin ki, ailəm var.

 

Onu kirayə çıxarırsan, deyirsən, get ailəni saxla, mənə arxayın olma. Bir tərəfdən arxayınsan, sonra söz-söhbətlər başlayır axı”.

SİZƏ MARAQLI OLA BİLƏR