Burada sizin reklamınız ola bilər

Rəqsanə mediadan gizlətdiyi oğlu ilə yeni görüntülərini paylaşdı
08 İyun 2022 , 15:39

Rəqsanə mediadan gizlətdiyi oğlu ilə yeni görüntülərini paylaşdı


Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova oğlu ilə yeni görüntülərini paylaşıb. 



Primetime.az xəbər verir ki, yayımladığı videoda sənətçi onun üzünü gizlədib. 



İsmayılova paylaşımına “Doğrudan da ana olmaq çox məsuliyyətli bir misiyadır. Övlad qoxusu cənnət qoxusudur. Bəzən efirlərə baxıram ki, valideynlər övladlarını böyütmək üçün ömürlərini, günlərini xərcləyir, sonda övlad həmin ata-anaya sahib çıxmır... Allah heç bir valideynin əziyyətini yerdə qoymasın. Övladların da canını sağ eləsin", - sözlərini əlavə edib.  



Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda dörd övladı var.   

 

SİZƏ MARAQLI OLA BİLƏR