Burada sizin reklamınız ola bilər

Aygün Kazımova 34 il sonra yenidən bunu etdi
10 İyun 2022 , 13:06

Aygün Kazımova 34 il sonra yenidən bunu etdi - AUİDO + FOTOSESSİYA


Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən “Ey mənim dünyam” mahnısını səsləndirib.

 

Primetime.az xəbər verir ki, müğənni sözügedən bəstəni 1988-ci ildə oxuyub. 

 

“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz” deyə, Kazımova bildirib.

 

Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.

 

Qeyd edək ki, mahnının musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsusdur. “Remake” versiyanın aranjimanı isə Hakan Erola aiddir.

 

Aygün Kazımova “Ey Mənim Dünyam” mahnısı üçün fərqli obrazda, yeni fotosessiya da etdirib.

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR