Burada sizin reklamınız ola bilər

Qırmızılara bürünən əməkdar artist göz oxşadı
13 İyun 2022 , 14:43

Qırmızılara bürünən əməkdar artist göz oxşadı - FOTOLAR


Əməkdar artist Lalə Məmmədova açıq hava konserti verib.

 

Primetime.az xəbər verir ki, müğənni Heydər Əliyev Mərkəzinin parkında səhnəyə çıxıb. Ötən gecə baş tutan konsertdə onlarla insan iştirak edib. İki saata yaxın bir müddətdə səhnədə olan sənətçi populyar mahnılarını səsləndirib.

 

“Pandemiyadan sonra ilk dəfə xalq konsertində çıxış etdim. Həqiqətən də, çox həyəcanlı idim. Əvvəlki hissləri yaşadım. Böyük bir məsuliyyət var idi. İnsanların qarşısında çıxış etmək çox sevindirdi. Mahnılarımı birgə oxumaqları, rəqs etmələri, əylənmələri məni xoşbəxt etdi. Sevginiz üçün təşəkkür edirəm”,- deyə L. Məmmədova bildirib.  

 

Bundan əlavə, Lalə Məmmədova səhnə geyimi ilə də diqqət çəkib.  Populyar ifaçının obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb.

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR