Burada sizin reklamınız ola bilər

Türkiyəli aktrisa 15-ci mərtəbədən yıxılıb öldü
20 İyun 2022 , 12:21

Türkiyəli aktrisa 15-ci mərtəbədən yıxılıb öldü - FOTOLAR


Türkiyəli aktrisa Yonca Türkman vəfat edib.

 

Primetime.az xəbər verir ki, aktrisa İstanbulda Qaziosmanpaşada 15-ci mərtəbədə yerləşən evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Onun eyvandan necə yıxıldığı hələlik bəlli deyil. Aktrisanın evdə tək olduğu bildirilib.

 

Polis Yoncanın ölümü ilə bağlı araşdırmalara başlayıb. 

 

Qeyd edək ki, bir çox ekran işində oynayan Türkman sonuncu dəfə "Evlilik hakkında her şey", "İyilik", "Adı sevgi" seriallarında rol alıb. 

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR