Burada sizin reklamınız ola bilər

Emin:
20 İyun 2022 , 16:06

Emin: "Klip çəkilişlərini o qədər də sevmirəm"


Xalq artisti Emin Ağalarov media əhli ilə görüşüb və onların suallarına cavab verib.

 

Primetime.az xəbər verir ki, sənətçi SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Bakıda keçiriləcək möhtəşəm konsertin pərdəaxrası məqamlarından söz açıb:
 

"Hazırda biz Müslüm Maqomayevin yaradıcılığına həsr olunacaq bir sıra rusiyalı artistlərin iştirakı ilə Moskva konsertlərinin hazırlıq işləri ilə məşğul oluruq.Müslüm Maqomayevin 80 illiyinə həsr olunacaq Bakı konserti ona görə fərqli olacaq ki, orada azərbaycanlı sənətçilər çoxluq təşkil edəcək. Mən təşkilatçı deyiləm. Sadəcə konsert işlərində biraz yardımçı olacağam. Bakıda konsert Heydər Əliyev Sarayında baş tutacaq. Müslüm Maqomayevin repertuarına bələd olan bir sıra sənətkarların Bakıya gəlməsində özüm də iştirak edəcəyəm".

 

Xalq artisti yaxın dostları, eləcə də gənc həmkarları ilə duet oxumaq istəsə də, zamanının az olmasından şikayətlənib.



"Dostlarım "Hammali & Navai" və "Jony" ilə duet yazdırmaq istəsəm də qrafikimin sıx olmasından bu işi hələ də alındıra bilmirəm. Moskvaya qayıdacağam. Onları studiyaya gətirməyi planlaşdırıram. Bəlkə birlikdə yeni mahnı lentə aldıq. Tezliklə yeni nəğməni eşidəcəksiniz. Əks halda, yaxın ərəfədə heç bir duet buraxmayacağıq".

 

 Müğənni yaxın ərəfələrdə klip çəkdirməyəcəyini bildirib.



"Yeni klip çəkmək istəmirəm. Çəkilişləri o qədər də sevmirəm. Əgər komandam nəyisə məcbur etsə, onda bu barədə düşünməyə dəyər".
 

SİZƏ MARAQLI OLA BİLƏR