Burada sizin reklamınız ola bilər

“Erməninin Azərbaycan trendinə düşməsinə nə etmək olacaq?”
20 İyun 2022 , 17:14

“Erməninin Azərbaycan trendinə düşməsinə nə etmək olacaq?”


“Cəmiyyət olaraq İkinci Qarabağ Müharibəsindən sonra şəhid və Qarabağ mövzusunda çox həssasıq.O torpaqlarda şərab fabriki açılması mənfi reaksiyaya tuş gəlir. Bakıda Şəhidlər Xiyabanı yaxınlığında klub açılması dava ilə bitir. Amma bu gün erməni ifaçının yutubda Azərbaycan musiqi trendinə girməsinə nə etmək olacaq?"

 

Primetime.az xəbər verir ki, bu sözləri repçi ProMete ( Pərviz İsaqov) İnstaqram paylaşımında bildirib. O, erməni ifaçı Ernest Ogannesyanın “Mİlaya” adlı mahnısının Azərbaycan musiqi trendinə düşdüyünü qeyd edib:

 

"Heç nə, çünki qulaq asanda anlayacaqsınız ki, o musiqi bizimkilərin musiqisinə çox bənzəyir. Görün, özümüzü, musiqi mədəniyyətimizi hansı vəziyyətə gətirib çıxardıq”.

 

Qeyd edək ki, erməni müğənninin rus dilində oxuduğu mahnı Azərbaycan trendində 12-cidir.

SİZƏ MARAQLI OLA BİLƏR