Burada sizin reklamınız ola bilər

Nuranın Kolumbiyada çəkdirdiyi
24 İyun 2022 , 15:45

Nuranın Kolumbiyada çəkdirdiyi KLİPİ


Müğənni Nura Suri repçi Notonla ərsəyə gətirdiyi yeni duetini təqdim edib.

 

Primetime.az xəbər verir ki, musiqisi Qəza, sözləri Qəza və Notona aid mahnının klipi Kolumbiyanın Santa Fe, San Heronimo bölgəsində və Bakının Bilgəh qəsəbəsində lentə alınıb.

 

Nura Suri ekran işində 6 obrazda kamera qarşısına keçib. Klipi kolumbiyalı rejissor və müğənni Siir Rivers ərsəyə gətirib. Ümumi layihə üzərində azərbaycanlı, ukraynalı və kolumbiyalı mütəxəssislər çalışıb. Klipin montajını Aleks Anişenko, rənglənməni isə Dmitriy Lukyanenko edib. Notonun kadrları isə Bakıda çəkilib.

 

Klipdə həmçinin, kolumbiyalı rəqqasələr Yari Yadiana Serna Arse, Coli Martinez Viera da rol alıb.

 

Qeyd edək ki, layihənin musiqi prodüseri Emin Kərimdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR