Burada sizin reklamınız ola bilər

Məleykə Əsədovanın qızı məzun oldu
30 İyun 2022 , 15:56

Məleykə Əsədovanın qızı məzun oldu - FOTOLAR


Xalq artisti Məleykə Əsədovanın qızı Gülər məzun olub.

 

Primetime.az xəbər verir ki, aktrisa övladının məzun günündən fotolar paylaşaraq, təəssüratlarını yazıb:

 

"Şükür olsun Allahıma, qızımın son zəngini gördüm. Son zəng... Çox şükür olsun mənim ağıllı qızım məktəbi bitirdi. Məktəbdə oxuduğu illərdə Gülərimə dərs deyən müəllim kollektivinə təşəkkür edirəm. Təhsil aldığı 11 il ərzində müəllimlər hər zaman qızımın savadından, tərbiyəsindən gözəl fikirlər söylədilər. Qızım bu illər ərzində tərbiyəsi və mədəniyyəti ilə başımı uca edib. Birinci sinfə getdiyim gün - ilk məktəb günü bugünki kimi yadımdadır. Gözəl Allahım qızımı, bütün övladları xoşbəxt etsin. Ən əsası sağlam can və ağıl arzu edirəm. Allah valideynləri övladı ilə sevindirsin. Ürəyim qızımın aldığı nəfəslə döyünür".

 

 

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR