Burada sizin reklamınız ola bilər

“Zirə” və “Qəbələ”nin ilk oyununun hakim təyinatları açıqlandı
01 İyul 2022 , 15:03

“Zirə” və “Qəbələ”nin ilk oyununun hakim təyinatları açıqlandı


“Zirə” “Qəbələ”nin də Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları üçün təyinatları açıqlanıb.

 

Primetime.az xəbər verir ki, “Qəbələ”nin Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kaspar Syöberqə Maks Robin Vild və Andreas Svensson kömək edəcək. Dördüncü hakim isə Qranit Maqedonçidi.

 

“Zirə”nin Bakıda “Makkabi”yə (Tel-Əviv) qarşı keçirəcəyi matç isə İrlandiyadan olan referilərə tapşırılıb. Baş hakim Rob Hennessidi. Ona yan xətt hakimləri Emmett Dinan və Dermot Broqto kömək edəcək. Dördüncü hakim isə Oliver Morandı.

 

Hər iki matç iyulun 21-də keçiriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR