Burada sizin reklamınız ola bilər

Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişdi:
13 İyul 2022 , 17:58

Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişdi: "Bir ata kimi qürur duyuram"


Əfqan əsilli məşhur yazıçı Xalid Hüseyninin oğlu Harris Hüseyni cinsiyyətini dəyişib.
 

Yazıçı bu barədə "Facebook” hesabında yazaraq bildirib ki, bir ata kimi onunla indiyə kimi bu qədər fəxr etməyib:



"Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Qızımı sevirəm. Ailəmiz kimi hər addımda onun yanında olacağam. Biz onun arxasında dayanırıq. Onun dünyaya gözəl, müdrik və parlaq qadın kimi daxil olmasını izləmək fərqli bir şeydir. Allah onu qorusun”.



Xalid Hüseyni "Çərpələng uçuran”, "Min möhtəşəm günəş”, "Və dağlardan səda gəldi”, "Dəniz duası” kimi məşhur əsərlərin müəllifidir.

 

SİZƏ MARAQLI OLA BİLƏR