Space TV yay mövsümünə olan yeni layihə təqdim edir.
Primetime.az xəbər verir ki, korifey sənətkarların ifasında səslənən mahnılar, təsniflər indi yenidən səslənəcək. Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışmasına start verilir.
Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili, eyni zamanda, son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.
Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən,16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər.