Burada sizin reklamınız ola bilər

Məktəbəhazırlıq qruplarına qəbul tarixi açıqlandı
02 Avqust 2022 , 12:42

Məktəbəhazırlıq qruplarına qəbul tarixi açıqlandı


Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. 

 

Primetime.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

 

Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

 

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

SİZƏ MARAQLI OLA BİLƏR